İraq polisi xəbər verir ki, Xudir Yunis ötən gecə öz evinin yaxınlığında odlu silahla öldürülüb. O, bir neçə İraq qəzetində ştatdankənar müxbir işləyirdi.
«Sərhədsiz Reportyorlar» təşkilatının hesablamalarına görə, 2003-cü ildə ABŞ-ın hərbi əməliyyatlara başlamasından bəri İraqda 130 jurnalist və KİV nümayəndəsi öldürülüb.