Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:07

Tələbələrin iddiası üzrə qətnamə yanvarın 18-də elan ediləcək


Binəqədi Rayon Məhkəməsi keçmiş Müstəqil Azərbaycan Universitetinin tələbələri ilə bağlı qətnaməni yanvarın 18-də elan edəcək.


Tələbələrin vəkili İntiqam Əliyev «Azadlıq» radiosuna bildirib ki, iş kifayət qədər mürəkkəb olduğundan, hakim onu elan etmək üçün hazırlayıb çatdıra bilməyib. Ona görə də proses yanvarın 18-dək təxirə salınıb.


Müstəqil Azərbaycan Universitetinin testdənkənar qəbul edilmiş ikinci kurs tələbələri sözügedən ali məktəbin lisenziyası ləğv ediləndən sonra təhsil hüquqlarının bərpası tələbilə məhkəməyə müraciət ediblər.


XS
SM
MD
LG