Avropa Parlamentinin xüsusi komissiyası Avropanın bəzi ölkələrinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi əməliyyatlarında iştirakına dair sənədi təsdiq edib.
Sənəddə deyilir ki, Böyük Britaniya, Polşa, Almaniya, İtaliya və bəzi başqa ölkələrin hökumətləri terrorçuluqda şübhəliləri daşıyan MKİ-nin məxfi uçuşları barədə biliblər. Komissiya həmin ölkələri vacib öhdəlikləri - ilk növbədə, insan haqlarına riayət etməyi yerinə yetirməməkdə təqsirləndirir. Avropa Komissiyasının üzvləri, o cümlədən, Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Havyer Solana iş üzrə məlumatları gizlətməkdə ittiham olunurlar.
Avropa Parlamentində sənəd üzrə səsvermə fevralda keçiriləcək.