İsrail prezidenti Moşe Katsav onu tutduğu vəzifədən müvəqqəti kənarlaşdırmaq xahişi ilə parlamentə müraciət edib.
Vəzifəsini tərk etməsi üçün prezidentə getdikcə təzyiqlər artmaqdadır. Yanvarın 23-də İsrailin baş prokuroru prezidentə qarşı hakimiyyətdən sui-istifadə və cinsi qısnama ittihamının irəli sürülə biləcəyini deyib.
İsrail prezidenti administrasiyasının bir neçə qadın əməkdaşı Moşe Katsavdan şikayət edib. O, özü isə bu ittihamları rədd edir.