Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:25

Rusiyanın ən böyük bazarı-«Çerkizov» bağlanır


«Çerkizov» bazarında ötən ilin yayında bir neçə dəfə iri yanğın törədilib
«Çerkizov» bazarında ötən ilin yayında bir neçə dəfə iri yanğın törədilib

Moskva meri Yuri Lujkov «Çerkizov» bazarlar şəbəkəsinin tədricən ləğv edilməsinə dair müvafiq sərəncam imzalayıb. Bu barədə «Exo Moskvı» radiosu xəbər yayıb. Artıq bu ilin sonuna qədək «Çerkizov» bazarı fəaliyyətini tam dayandıracaq. Yayda bazarlar şəbəkəsinə daxil olan digər ticarət obyektlərinin də mərhələli bağlanmasına başlamaq planlaşdırılır. Şəbəkəyə daxil olan obyektlərin ümumi sayı 18-dir. Moskva merinin sərəncamına əsasən bu ilin dekabrın 31-də sonuncu ticarət köşkü bağlanmalıdır. Rusiyada hazırda ən böyük və populyar bazarın yerində isə iri yaşayış kompleksi tikiləcək. Bu haqda «RIA-Novosti» agentliyinə Moskva meriyasındakı mənbələr bildiriblər. Orada «Çerkizov» bazarının bağlanmasının səbəblərini dəqiqləşdirməyiblər. Amma, qeyd ediblər ki, son vaxtlar bazar tez-tez hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Yalnız ötən il orada bir neçə dəfə iri yanğın baş verib. Ötən ilin yayında isə 10 adamın həyatına son qoyan partlayış törədilib.


Bununla belə, bir çox mütəxəssisin etirafına görə, «Çerkizov» bazarı hazırda yalnız moskvalılar yox, həm də rusiyalılar arasında ən populyar ticarət yerlərindən biridir.


Hakimiyyət istisna etmir ki, bazarların bağlanması zamanı iş adamları müqavimət göstərə bilərlər. Ona görə də ictimai asayişin qorunması paytaxtın Baş Daxili İşlər İdarəsinə və Şərqi inzibati dairənin prefekturasına həvalə olunub.


XS
SM
MD
LG