Əfqanıstanın təhlükəsizlik qüvvələri NATO qoşunlarının dəstəyi ilə ölkənin qərbindəki Bakva şəhərini azad ediblər. Taliblər onu fevralın 19-da tutmuşdular.
«Associated Press» agentliyi Farah əyalətinin qubernatoruna istinadən bildirir ki, 200 əfqan polisi və hərbçisi heç bir müqavimətlə rastlaşmadan şəhərə daxil olublar.