Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:58

Estonlar yeni parlamenti internetlə seçirlər


Ümumxalq səsverməsini internetlə gerçəkləşdirməyi dünyada ilk dəfə Estoniya tətbiq edir
Ümumxalq səsverməsini internetlə gerçəkləşdirməyi dünyada ilk dəfə Estoniya tətbiq edir

Azərbaycan seçki praktikasını Avropanın oturuşmuş qaydalarına necə uzlaşdırmaq barədə Venesiya Komissiyası ilə danışıqlar aparır. Gözlənilir ki, fevralın sonunda-uzağı martın əvvəllərində Azərbaycan öz layihəsini Avropa Şurası (AŞ) nəzdindəki bu komissiyaya göndərməlidir. 6 ildən çoxdur ki, AŞ ölkənin seçki praktikasını təkminləşdirmək üçün təkliflər verir, danışıqlar aparır. Buna baxmayaraq beynəlxalq qurumlar ötən dövrdə seçki standartlarının nəzərəçprpacaq yüksəlişini hələ qeydə almayıblar. Bakıda bir çoxları qüsurlu seçki ənənələrindən əl çəkməyin çətinliyini ya milli mentalitetlə, ya da sovetlərdən qalma problemlərlə izah edir. Amma, belə bir vaxtda başqa bir sovet respublikası-Estoniya dünyada ilk dəfə olaraq internet səsvermələrinə keçir.


Bu ölkənin seçiciləri bu həftə seçki məntəqəsinə getmədən də istədiyi namizədin deputat olmasına səs verə biləcəklər. Çoxlarının «soyuq avropalı» hesab etdiyi estonlar yeni texnologiyaya münasibətdə soyuq deyillərmiş. Əhalisi milyon yarıma çatmayan bu ölkədə internet istifadəçilrənin sayı ötən il 1 milyon 300 mini keçib. İdarələrdə isə iclasların protokollarını kağıza yazmağı artıq tərgidiblər.


Belə görünür ki, bu həftə seçki bülletenləri kağızına da qənaət ediləcək.


Mərkəzi Seçki Komissiyasından Epp Maaten internetlə səs vermənin gərəkliliyini belə izah edir: «Estoniyada seçicilərin iştirakı çox da yüksək olmur. O biri tərəfdən, ölkədə elektron xidmətlər çox məşhurdur. Adamlar gündəlik həyatda internetdən yetərincə istifadə edirlər. Onda sual çıxır ki, internetdə çoxlu başqa xidmətlər olduğu halda niyə səsverməni də tətbiq etməyək. Beləliklə, parlament qərara aldı ki, bu mümkündür. Biz də bunu gerçəkləşdiririk».


Estoniyada həmin sistem 2005-ci ildə bələdiyyə seçkilərində sınaqdan çıxarılıb və Avropa Şurası bunu bəyənib. Azərbaycanda seçkilərlə bağlı qalmaqalların əksəriyyəti seçki məntəqələri ilə bağlı olur.


Amma estonlar sübut ediblər ki, bu məntəqələr artıq bir şeyə çevrilə bilər. Düzdür, hələlik onlar evdə də, seçki məntəqəsində də səs verə bilərlər. Sxem sadədir. Ölkənin hər bir vətəndaşının kompüterdə oxunan çipli şəxsiyyət vərəqəsi var. Yerli hakimiyyətdən PİN kodu alandan sonra şəxsiyyət vərəqəsini kartoxuyana çəkməklə səs verə bilərsən. 6-8 avroluq çipoxuyanın evdə olması çox da vacib deyil. Seçki komissiyasından Maaten deyir ki, əgər kartoxuyan varsa harda səs vermək yolunda əngəl yoxdur: «Evdə də səs verə bilərsən, iş yerində də, istəsən kitabxanada da .


İnternetlə səsvermə xidməti təklif edən banklar da var. Yəni harda necə səs vermək seçicinin özündən asılıdır».


Köhnə qaydalarla səs vermək də mümkündür. Amma, bunun üçün seçici martın 4-də köhnə səsvermə məntəqəsinə getməlidir.


Seçicilərin işini texnologiyanın köməyi ilə yüngülləşdirmək Qərbdə də Azərbaycanda da yeni deyil. İsveçrədəki yerli seçkilərdə internetlə səsvermə artıq sınaqdan çıxıb. Azərbaycan isə seçici siyahılarını internetdə verməklə ötən parlament seçkilərində bəzi işləri yüngülləşdirdi. Amma, ümumxalq səsverməsini internetlə gerçəkləşdirməyi dünyada ilk dəfədir ki, Estoniya tətbiq edir.


XS
SM
MD
LG