Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:25

«Amnesty International» İrandakı azlıqların insan haqları barədə bəyanat verib


İran həbsxanalarında etnik azlıqlardan olan məhbusların işgəncələrə məruz qaldığı bildirilir
İran həbsxanalarında etnik azlıqlardan olan məhbusların işgəncələrə məruz qaldığı bildirilir

İranda etnik azlıqlar o cümlədən azərbaycanlı, kürd, bəluç və ərəblərin məruz qaldığı təzyiqlərdən narahatlığını bildirən «Amnesty International» fevralın 26-da yeni bəyanat verib. Bəyanatda son iki həftə ərzində İranın yüzlərlə azərbaycanlı vətəndaşının yalnız ana dilində təhsil tələb etdiyinə görə həbs edilməsinə, kürd fəallarının nəzarət altına alınması və öldürülməsinə etiraz edilir. Beynəlxalq insan hüquqları təşkilatı eyni zamanda fevralın 14-də İranın Bəluçistan vilayətində baş verən bomba partlayışından 5 gün sonra bu hadisənin səbəbkarı kimi təqdim edilən bir bəluçun ədalətli şəkildə mühakimə edilmədən edam edilməsini pisləyir.


Daha sonra bəyanat İranın hər bir milli azlığının bugünkü vəziyyətini ayrıca araşdırır. Azərbaycanlılara gəldikdə «Amnesty International» təşkilatı Beynəlxalq Ana Dili günü münasibəti ilə Qum , Urmiyə, Təbriz, Zəncin və Ərdəbildə keçirilən nümayişlərin həbslərlə nəticələndiyini bildirir və bir çox hallarda fəalların həbs zamanı işgəncəyə məruz qaldığını yazır.


«Amnesty International»ın verdiyi məlumata əsasən Urmiyədə tutulanların sayı 60-a yüksəlir. Zəncanda isə 15 və Ərdəbildə 20 nəfərin həbs edildiyi bildirilir. Bu məlumata əsasən Ana Dili günü mərasimində tutulanlardan bəzisi azad edilsə də 10-20 fəal hələ nəzarət altındadır və onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.


Başqa mənbələrdən alınan son məlumata əsasən fevralın 26-da azərbaycanlıların Xocalı faciəsinin il dönümü münasibəti ilə Tehrandakı Ermənistan səfirliyi qarşısında keçirdiyi aksiya zamanı azı 4 fəal həbs edilib. Bu hadisədə Əkbər Azad, Ərdəlan Məhəmmədzadə, Vəhid Məhəmmədzadə və Seyyid Hüseyninin polis və ETTELAAT tərəfindən tutulduğu bildirilir. Bunlardan Əkbər Azad bu gün məhkəməyə aparılıb. Lakin, qapalı keçirilən məhkəmənin prosesi haqda məlumat yoxdur.


XS
SM
MD
LG