Moskva polisi paytaxt aeroportunda Azərbaycan əsilli bir şəxsi gömrük əməkdaşına rüşvət verərkən həbs ediblər. «RİA Novosti» xəbər verir ki, saxlanılan şəxs yükünün gömrük baxışından maneəsiz keçməsi üçün 250 dollar rüşvət təklif edib. Ona qarşı cinayət işi qaldırılıb. Rusiya Federasiyası qanunvericiliyinə görə, günahı sübuta yetirilərsə, o, üç ilə qədər azadlıqdan məhrum edilə bilər.