Sabiq prezident Tbilisidə dəfn olunacaq. Martın 31-də Qroznıda məzarı aşkarlanan Gürcüstanın ilk ölkə başçısının yaşasaydı, 68 yaşı tamam olacaqdı.
Gözlənilir ki, Qamsaxurdianın dəfni dövlət səviyyəsində keçəcək. Bu barədə xüsusi hökumət komissiyasının iclasından sonra Tbilisi merinin müavini xəbər verib.
Qamsaxurdianın dul xanımı bildirib ki, ərinin cəsədinin qalıqlarını vətəninə qaytarmaq üçün yaxın vaxtlarda Qroznıya yollanacaq.