Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Hüseyn Abdullayev həbs edilib?


Hüseyn Abdullayevlə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır
Hüseyn Abdullayevlə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır

Deputat Hüseyn Abdullayevin ATƏT-in Bakı ofisində martın 19-u saat 11-ə təyin olunan görüşü baş tutmayıb. Bu Barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı ofisinin rəsmisi Ülvi Axundlu məlumat verib. Ülvi Axundlu deputatın ATƏT-in Bakı ofisindən sığınacaq istəməsilə bağlı yayılan məlumatları təkzib edib. Cənab Axundlunun sözlərinə görə, kiminsə ATƏT-in Bakı ofisindən siyasi sığınacaq istəməsi həm hüquqi, həm də texniki baxımdan mümkün deyil.


Hazırda Milli Məclisin İntizam komissiyasında iki deputat Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və bitərəf deputat Hüseyn Abdullayev arasında martın 16-da baş verən insidentlə bağlı müzakirələr aparılır.


Hüseyn Abdullayevlə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Deputata yaxın olan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu gün səhər Hüseyn Abdullayevin evinə polislər gəlsə də, onu evində tapa bilməyiblər. Eynulla Fətullayev deyir ki, millət vəkili ilə birgə ATƏT-in Bakı ofisində razılaşdırılmış görüşdə iştirak etməli imişlər. Amma, deputat gəlib çıxmayıb. Eynulla Fətullayev deyir ki, nə Hüseyn Abdullayevin, nə də onun sürücüsünün telefonları cavab vermir və hazırda onun harada olduğunu bilmirlər. Cənab Fətullayev deputatın həbs olunduğunu ehtimal edir. Hüseyn Abdullayevin prezidenti olduğu «Oğuz Evi» ictimai birliyindən Məcid Abbasov deputatın həbs edilməsi barədə məlumatsız olduğunu bildirib.


Respublika Prokurorluqdan isə məsələyə hələ ki, hər hansı münasibət öyrənmək olmayıb.


XS
SM
MD
LG