Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:57

Prezident 100 nəfər məhbusu əfv etdi


Bundan əvvəl Azərbaycanda sonuncu əfv fərmanı ötən il oktyabrın 21-də verilib
Bundan əvvəl Azərbaycanda sonuncu əfv fərmanı ötən il oktyabrın 21-də verilib
Martın 19-da prezident İlham Əliyev 100 nəfər məhbusun əfv edilməsi hada fərman imzalayıb.

Sənədə əsasən, 85 nəfər cəzanın qalan hissəsindən, 9 nəfər azadlıqlarının məhdudlaşdırılması cəzasından, 4 nəfər isə cərimə ödənişindən azad edilib.


Məhbus Kəramət Kərimovun haqqında çıxarılan ömürlük həbs cəzası 25 illik həbslə əvəz edilib. K. Kərimov keçmiş Baş nazir Surət Hüseynovun ən yaxın silahdaşlarından biri olub və 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə məhkum olunub.


«Yeni Fikir» Gənclər Birliyinin sədr müavini Səid Nuri isə şərti cəzadan azad edilib.


Əfv olunanlar sırasında iki əfqan və bir vyetnamlı da var.


Bundan əvvəl Azərbaycanda sonuncu əfv fərmanı ötən il oktyabrın 21-də verilib.


XS
SM
MD
LG