İraqda keçmiş vitse-prezident Taha Yassin Ramadan edam olunub. Bu haqda İraq hökuməti başçısının xüsusi nümayəndəsi bildirib.
Ötən həftə İraqın Apelyasiya Məhkəməsi Taha Yassin Ramadana fevralda çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb. O, 1982-ci ildə 148 şiənin qətlində təqsirləndirilirdi.