Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

Rusiya xarici qüvvələri MDB-də təxribatda günahlandırır


Lavrov ABŞ-ı «soyuq müharibə» metodlarından istifadə etməkdə günahlandırıb
Lavrov ABŞ-ı «soyuq müharibə» metodlarından istifadə etməkdə günahlandırıb

Rusiya xarici qüvvələri Müstəqil Dövlətlər Birliyində (MDB) təxribatda günahlandırır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov martın 21-də Dumada çıxışında belə deyib: «Son illər MDB-də regiondan olmayan qüvvələrin iştirakı, fəallığı artıb. Kimsə Rusiyanı bu regionda cəbhələşmə də deməsək, rəqabətə çəkməyə çalışır. Biz bu təxribata uymaq niyyətində deyilik. Biz MDB ölkələri ilə şəffaf, aydın, ciddi iqtisadi hesablamalara əsaslanmış münasibət qururuq » .


Lavrov Birləşmiş Ştatların əleyhinə danışıb, deyib ki, Vaşinqton «soyuq müharibə» metodlarından istifadə etməklə Avropadakı müttəfiqlərini yola gətirməyə, Avropada raketdən müdafiə sistemləri yerləşdirməyə çalışır. İrana gəlincə, Sergey Lavrov bildirib ki, Rusiya İrana qarşı hədsiz sanksiyaları rədd edəcək.


XS
SM
MD
LG