Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04

Pekində Olimpiya oyunları üçün tikilən metro uçub


Podratçı-şirkət faciəni ictimaiyyətdən gizlətməyə çalışıb
Podratçı-şirkət faciəni ictimaiyyətdən gizlətməyə çalışıb

Çinin paytaxtında 2008-ci il Olimpiya oyunları üçün tikilən metro stansiyasında uçqun baş verib. Nəticədə 6 fəhlə uçqun altında qalıb. Xilasedicilərin fikrincə, onların sağ tapılma şansları faktiki sıfıra bərabərdir. Bu barədə Rusiyanın NTV kanalı xəbər verir. Hadisə yerində torpaq yatıb və böyük çuxur yaranıb.


İnsident martın 28-i axşam baş verib, amma, bu haqda ilkin məlumat yalnız bir gün sonra verilib. Podratçı-şirkət qəza yerini hasarlayaraq faciəni ictimaiyyətdən gizlətməyə çalışıb.


Pekin rəhbərliyinin Olimpiadaya hazırlıqla bağlı vəzifələrindən biri nəqliyyat probleminin həllidir. Bu məqsədlə gələn ilə 80 kilometrə yaxın yeni metro xətlərinin inşası planlaşdırılır. Bunun üçün 10 milyardlarla dollar ayrılıb.


XS
SM
MD
LG