Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:49

Daha bir səhra komandiri öldürüldü


Əməliyyatın məxfiliyinin saxlanması məqsədilə onu sayı altı nəfərdən çox olmayan qrup aparıb
Əməliyyatın məxfiliyinin saxlanması məqsədilə onu sayı altı nəfərdən çox olmayan qrup aparıb
Çeçenistanda yaraqlıların liderlərindən biri, «Şərq cəbhəsi»nin komandanı, separatçıların Baş nazirinin müavini Xayrulla kimi tanınan Süleyman İmurzayev öldürülüb. Hesab edilir ki, o, 2004-cü il mayın 9-da Çeçenistan prezidenti Əhməd Kadırovun qətlinin əsas təşkilatçılarından biri olub.

Çeçenistan hökumətinin Mətbuat Xidmətindən bildiriblər ki, yaraqlı aprelin 4-ü səhər Çeçenistanın Vedensk rayonunda xüsusi əməliyyat zamanı öldürülüb. Əməliyyatı Federal Təhlükəsizlik Xidməti və Respublika Daxili İşlər Nazirliyi əməkdaşları aparıblar. Saxlanarkən yaraqlı silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib. Xüsusi əməliyyatın təfərrüatı barədə məlumat verilmir.


«Çeçenistan prezidenti Ramzan Kadırov deyib ki, yaraqlıların liderinin axtarışı üzrə əməliyyat iki aya qədər sürüb və onun şəxsi nəzarəti altında aparılıb»,- deyə «Intefax» xəbər verir.


Kadırov deyib ki, əməliyyatın məxfiliyinin saxlanması məqsədilə onu sayı altı nəfərdən çox olmayan qrup aparıb.


İmurzayev Şamil Basayevin yaxın çevrəsinə daxil idi. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Doka Umarov və Rappani Xəlilov da daxil olmaqla o, azadlıqda qalan üç ən nüfuzlu səhra komandirlərindən biri idi. Bəzi məlumatlara əsasən, Xayrulla Çeçenistanın şərqində yaraqlı qrupuna rəhbərlik edib. Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırov atasının qətlindən sonra Basayevlə yanaşı, Xayrullanı da özünün şəxsi düşməni adlandırıb.


Çeçenistan prezidenti Əhməd Kadırov 2004-cü il mayın 9-da Qroznıdakı «Dinamo» stadionunda partlayış nəticəsində ölüb.


XS
SM
MD
LG