Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri hesab edirlər ki, İran müstəqil şəkildə atom bombasını 4-6 ildən tez yarada bilməyəcək.
MAQATE-nin nümayəndəsi Melissa Fleminq deyib ki, İranın nüvə proqramı ətrafında böhranı diplomatik yolla nizamlamaq üçün dünya ictimaiyyətinin bir neçə ili var.
Yaxınlarda İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, uranın zənginləşdirilməsi «sənaye səviyyəsinə» çatdırılıb.
ABŞ və Avropa Birliyi Tehranı nüvə istehsalını dayandırmağa çağırıb. Qərb dövlətlərinin fikrincə, İranın nüvə proqramı hərbi xarakter daşıyır.