Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:25

Məktəblilər «YouTube»da müəllimlərini ləkələyən çarxlar yerləşdirirlər


Bu barədə Böyük Britaniyanın Təhsil naziri Alan Conson müəllimlərin konfransında deyib. O, bildirib ki, «YouTube» kimi populyar internet resursları məktəblilər və müəllimlərin ləyaqətini alçaldan video çarxlar və şəkillər yayırlar. Tez-tez bu cür video materiallar üzündən müəllimlər məktəbi tərk etmək məcburiyyətində qalırlar.


Nazir məktəblərdə videokamera, səs yazan mobil telefonlar, həmçinin MP3 pleyerlerin istifadəsinin qadağan olunmasını təklif edir. Onun fikrincə, müəllimlərin vəziyyətə müdaxilə etmək, məsələn, saytdan onları ləkələyən çarxı silmək imkanı olmalıdır. Provayderlər də səliqəli işləməli və şikayətlərə vaxtında reaksiya verməlidirlər.


XS
SM
MD
LG