Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Virciniya universitetində 32 adamı qətlə yetirən şəxsin adı açıqlanıb


Virciniyada faciə ABŞ tarixində bu cür hücumlardan ən qanlısı sayılır
Virciniyada faciə ABŞ tarixində bu cür hücumlardan ən qanlısı sayılır

Amerikanın Virciniya ştatındakı tələbə şəhərciyində 32 nəfərin qatili Cənubi Koreyadan olan 23 yaşlı tələbə Ço Seunq Xey olub. Bu haqda aprelin 17-də yerli polisin nümayəndəsi məlumat verib.


Faciənin baş verdiyi Texnoloji Universitetin prezidenti Çarlz Sticer deyib ki, qatil yataqxanalardan birində yaşayıb.


Bazar ertəsi o, əvvəl yaşayış korpusunda, iki saat sonra isə auditoriyalardan birində atəş açıb. Sonra isə özü intihar edib.


Hazırda təhqiqat aparılır. Tələbələrin çoxu və həlak onların qohumları hakimiyyət və universitet rəhbərliyini yataqxanada birinci insidentdən sonra insanları evakuasiya etməməkdə və tələbə şəhərciyini mühasirəyə almamaqda təqsirləndirirlər.


Virciniyada faciə ABŞ tarixində bu cür hücumlardan ən qanlısı sayılır.


XS
SM
MD
LG