Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Ermənistan XİN-in sözçüsü Departamentin düzəlişindən narazıdır


Yerevanda Departamentin duzəlişi narahatlıq doğurub
Yerevanda Departamentin duzəlişi narahatlıq doğurub

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vladimir Karapetyan ABŞ Dövlət Departamentinin öz hesabatına düzəliş etməsini, Dağlıq Qarabağı yenidən Azərbaycan ərazisi kimi göstərməsini tənqid edib. O, Departamentin məsələyə qeyri-ciddi yanaşdığını deyir.


ABŞ Dövlət Departamentinin 2006-cı il insan haqları ilə bağlı hesabatının ilkin variantında yazılmışdı ki, «Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonunu işğal edib». Düzəlişdən sonra isə həmin cümlə bu şəkilə salınmışdı: «Erməni hərbi qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğalda saxlayır». Bu dəyişikliyə görə, Azərbaycan hökuməti aprelin 23-24-də Amerikaya səfərini təxirə salmışdı – Vaşinqtonda ikitərəfli təhlükəsizlik məsləhətləşmələri keçirilməliydi.


Aprelin 26-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, iki ölkə təhlükəsizlik sahəsində məsləhətləşmələri davam etdirəcək.


XS
SM
MD
LG