Blatter deyib ki, dünya birinciliyini qəbul etməyə hazır başqa ölkələr də var: İngiltərə, ABŞ, Meksika, Yaponiya, İspaniya. «Hər bir halda, bizim ehtiyat planımız olmalıdır, axı, hər şey baş verə bilər», - deyə Blatter əlavə edib.
FIFA prezidenti həmçinin deyib ki, onun fikrincə, 2018-ci il Dünya Çempionatı Avropada yox, Asiyada keçirilməlidir. «Şəxsən mən düşünürəm ki, biz rotasiya prinsipini qoruyub saxlamalıyıq», deyə o, «Inside Sport» nəşriyyatına bildirib: «Heç olmazsa, dörd qitədən çıxış etməliyik. Bir qitə kimi Şimali və Cənubi Amerikanı, həmçinin Avropa, Afrika və Asiyanı götürürük. Bu o deməkdir ki, növbəti Dünya Çempionatı 2014-cü ildən sonra Asiyada keçiriləcək».
Blatter deyib ki, 2018-ci il Dünya Çempionatına hansı ölkənin sahiblik edəcəyi haqda qərar noyabrda veriləcək.