Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:35

Keçən il 150-dən çox jürnalist həlak olub


Ban-Ki Mun mətbuat azadlığı günü münasibətilə müraciət edib
Ban-Ki Mun mətbuat azadlığı günü münasibətilə müraciət edib

«Keçən il 150-dən çox media işçisi vəzifəsini yerinə yetirərkən həlak olub». BMT-nin Baş katibi Ban-Ki Munun 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə müraciətində belə deyilir: «Digər mətbuat nümayəndələri xəsarət alıb, həbs olunub, təqiblərə məruz qalıb və ya girov götürülüblər. Bu, ancaq silahlı münaqişələr şəraitində deyil, jurnalistlər korrupsiya, yoxsulluq və hakimiyyətdən sui-istifadə hallarını araşdırarkən də baş verir».


Cənab Mun bəyan edir ki, mətbuat azadlığına qarşı hücumlar beynəlxalq hüquqa, insaniyyətə, azadlığa, Birləşmiş Millətlər Təşkilatının təcəssüm etdirdiyi bütün dəyərlərə qarşı hücumlardır. «Azad, təhlükəsiz və müstəqil mətbuat demokratiya və sülhün ən əsas özüllərindən biridir. Həm hökumətlər, həm beynəlxalq təşkilatlar, həm də media və vətəndaş cəmiyyətinin bu özülləri müdafiə etmək işində öz rolu var. Gəlin, Ümumdünya Mətbuat Azadlığı Günündə bu amala sadiq olduğumuzu bir daha təsdiq edək» -, deyə BMT Baş katibi vurğulayır.


XS
SM
MD
LG