Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:38

Beynəlxalq təşkilatlar Azərbaycanda daha iki jurnalistin həbsinə dair məhkəmənin hökmümü pisləyib


Mayın 4-də Səbail Rayon Məhkəməsi «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu 4, yazar Rafiq Tağını 3 illiyə azadlıqdan məhrum edib. Hər iki jurnalist irqi, milli, dini ədavəti qızışdırmaqda ittiham edilirlər. İttihama görə, Rafiq Tağının «Sənət» qəzetində «Avropa və biz» məqaləsində islam dini haqqında bəzi təhqiredici fikirlər səslənib.


«Sərhədsiz Reportyorlar» Təşkilatı yaydığı bəyanatda məhkəmənin hökmünü pisləyib. «Bu hökmlər Azərbaycanda azad sözə təhlükənin səviyyəsini göstərir. Biz Azərbaycan hökumətini mərhəmət göstərməyə, bu iki jurnalisti azad etməyə çağırırıq».


Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də hökmü pisləyib.


«Rafiq Tağı və Samir Sədaqətoğlunun fikrini ifadə etmək hüququ var. Ola bilsin ki, bəzi oxucular bu məqalənin onları təhqir etdiyini düşünürlər, ancaq jurnalisti yazısına görə həbs etmək olmaz. Biz Azərbaycan hökumətini hər iki jurnalisti azad etməyə çağırırıq».


Bunu Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon deyir.


XS
SM
MD
LG