Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Azərbaycan qeyri-azad ölkələr sırasına daxil edilib


Təşkilatın hesabatında Qarabağ mübahisəli ərazilər bölməsində qiymətləndirilib
Təşkilatın hesabatında Qarabağ mübahisəli ərazilər bölməsində qiymətləndirilib

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı illik «Pislərin pisi» hesabatını yayıb. Sənəddə Azərbaycan qeyri-azad ölkələr sırasına daxil edilib. Azərbaycanın qonşuları - Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan isə qismən azad ölkələrdir. İran Azərbaycan kimi azad deyil.


Azad ölkələrə İsveç, Norveç, Avstriya, Avstraliya, İspaniya, Cənubi Afrika və s. aid edilib.


Maraqlıdır ki, Dağlıq Qarabağ Azərbaycandan fərqli olaraq qismən-azad ərazilərə aid olunub. Qarabağ «Freedom House»un hesabatında mübahisəli ərazilər bölməsində qiymətləndirilib.


Təşkilat hesab edir ki, səkkiz ölkə pislərin pisidir. Bunlar Özbəkistan, Türkmənistan, Kuba, Şimali Koreya, Sudan, Somali, Birma və Liviyadır.


«Freedom House»un hesabatına görə, insan haqları dünyanın hər yerində pozulur; Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, Amerika və Afrikada da. Amma dünya əhalisinin 46 faizi, yəni 3 milyard adam azad ölkədə yaşayır.


XS
SM
MD
LG