Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:49

«24 çarpayılıq kamerada 33 məhbus cəza çəkir»


Hər iki jurnalistin Hüquqlarını Müdafiə Komitəsi Cəlal Əliyevə müraciət edəcək
Hər iki jurnalistin Hüquqlarını Müdafiə Komitəsi Cəlal Əliyevə müraciət edəcək

24 çarpayılıq kamerada 33 məhbus cəza çəkir. Belə bir vəziyyət 1 saylı Bayıl təcridxanasında «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadənin saxlandığı kameradadır.


Hər iki şəxsin vəkili Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, məhbuslar səhhətləri barədə ona heç bir şikayət etməsələr də, onlara oxumağa qəzet verilməməsindən narazıdılar. Hacılı bildirir ki, həbsxana rəhbəri yaxın günlərdə bu problemin aradan qaldırılacağını bildirib.


Hər iki jurnalistin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vaqif Hacıbəyli isə deyir ki, məsələnin barışıq yoluyla həll edilməsi üçün akademik Cəlal Əliyevə müraciət edəcəklər.


R.Hacılı isə bildirir ki, belə bir müraciət jurnalistlərin səxsi işidir. Amma onunla söhbətdə «Müxalifət»çilər bildiriblər ki, əgər qəzetdə ləyaqəti alçaldan hansısa bir ifadə gedibsə, bu, bilməyərəkdən olub.


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadə prezidentin əmisi, akademik Cəlal Əliyevin iddiasıyla 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG