Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:36

Nursultan Nazarbayevin kürəkəni Avstriyada zaminə buraxılıb


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avstriyada saxlanan kürəkəni Raxat Əliyev zaminə buraxılıb.


Avstriya prokurorluğunun nümayəndəsi deyib ki, girovun məbləği 1 milyon 300 min dollardır. Ekstradisiyası barədə qərar qəbul edilənə qədər Əliyev Avstriyada qalmalıdır.


Qazaxıstan Əliyevin verilməsini tələb edir, onu iki bankirin oğurlanmasında əli olmaqda təqsirləndirir.


May ayında cinayət işi açılmazdan əvvəl Raxat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri olub.


XS
SM
MD
LG