Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:51

Vladimir Putin Kosovonu unikal hal hesab etmir


Rusiya prezidenti Vladimir Putin Kosovonu unikal hal saymır, amma bu məsələdə kompromis imkanlarını istisna etmir.


Böyük səkkizliyin sammiti ərəfəsində xarici jurnalistlərlə söhbətdə Putin deyib ki, Kosovo problemi Abxaziya, Cənubi Osetiya və Dnestryanıda yaranan vəziyyətdən heç nəylə fərqlənmir. Hər yerdə parlamentlər, prezidentlər seçilib, konstitusiya qəbul edilib.


Rusiya prezidenti deyir ki, niyə Avropanın müxtəlif hissələrində problemlərin həllində fərqli prinsiplər tətbiq edilməlidir.


İranın nüvə proqramından danışarkən, Putin problemin həllinin diplomatik yollarını axtarmağa çağırıb.
XS
SM
MD
LG