Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:11

«Xalqın malı ilə varlananlar məndən prezidentə yanlış məlumat çatdırıblar»


Sabiq nazir onun haqında dövlət başçısına yanlış məlumatlar verildiyini bildirib
Sabiq nazir onun haqında dövlət başçısına yanlış məlumatlar verildiyini bildirib

«Mən və digərlərinin 20 aya yaxındır burada saxlanması qanunlara ziddir». Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev iyunun 6-da keçirilən məhkəmə iclasında belə deyib. «ANS» xəbər verir ki, sabiq nazir onun haqında dövlət başçısına yanlış məlumatlar verildiyini bildirib.


«Xalqın malı hesabına varlananlar mənim haqqında dövlət başçısına yanlış məlumatlar çatdırıblar. Guya mən müxalifətlə əlbir olmuşam, onlara nədə isə yardım etmişəm»,- deyən Fərhad Əliyev vurğulayıb ki, tez-tez bölgələrdə səfərdə olub, xalqın acınacaqlı vəziyyəti barədə prezidentə məlumatlar verib. Amma prezident bununla bağlı xüsusi qanunlar tərtib etsə də onlar həyata keçirilməmiş qalırmış.


Fərhad Əliyev həbs olunma prosesi ilə bağlı məlumat verib. Bildirib ki, həbs olunan zaman onun kabinetinə Milli Təhlükəsizlik nazirinin iki müavini gəlib, ona nəinki danışmağa, hətta telefonla kiməsə zəng vurmasına belə icazə verməyiblər. Sabiq nazir həbs olunduğu gün ailəsinə qarşı təzyiqlər olduğunu deyib.


Sabiq nazir Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı açıqlamalar verib və bildirib ki, Ramiz Mehdiyev onun həbsindən sonra silsilə materiallar dərc etdirib. «Guya mən prezident seçkiləri öncəsi fəallıq göstərməsi üçün Müsavat Partiyasına 80 min dollar vermişəm. Bütün bunlar ağ yalandır». Fərhad Əliyev Rəsul Quliyevlə də heç bir əlaqəsi olmadığını vurğulayıb.


Proses davam edir.


İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


XS
SM
MD
LG