Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:40

«Vətəndaş Keyn» yüzilliyin ən yaxşı Amerika filmi tanınıb


Rejissor və filmdə baş rolu oynayan aktyor Orson Uellsin «Vətəndaş Keyn» filmi Amerika Kinematoqrafiya İnstitutunun 100 illiyinə həsr olunan yubiley mərasimində əsrin ən yaxşı filmi elan edilib.


«Vətəndaş Keyn»lə yanaşı, ilk onluğa həmçinin, «Xaç atası», «Kasablanka», «Qudurmuş öküz», «Yağış altında oxuyanlar», «Küləklə sovrulmuşlar», «Ərəbistanlı Lourens», «Şindlerin siyahısı», «Vertiqo» və «Oz ölkəsinin sehrbazı» filmləri düşüb.


Beləliklə, son onilliklərin yalnız üç filmi ən yaxşılar arasındadır: Koppolanın «Xaş atası», Skorsezenin «Qudurmuş öküz»ü və Spilberqin «Şindkerin siyahısı».


Səssiz kinematoqrafın şah əsərləri arasında ən yüksək yeri Çarli Çaplinin «Böyük şəhərin işıqları» filmi tutub. Ən yaxşı blokbasterlər «Ulduz müharibələri» və «Üzüklərin hökmdarı. Üzüyün qardaşlığı» filmləridir.


XS
SM
MD
LG