Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:16

«Ayna»: «İstanbulda Qarabağ gərginliyi»


«Azadlıq» qəzeti «Prezidentdən bağışlanmasını istəyən jurnalistlər kimlərdir?» sualına aydınlıq gətirir
«Azadlıq» qəzeti «Prezidentdən bağışlanmasını istəyən jurnalistlər kimlərdir?» sualına aydınlıq gətirir

«Azadlıq» qəzetində dərc olunmuş «Prezidentdən bağışlanmasını istəyən jurnalistlər kimlərdir?» başlıqlı məqalədə bildirilir ki, həbsdə olan jurnalistlərə əfvlə bağlı müracəit yazmaq təklif olunub. Qəzetin məlumatına görə, hələlik yalnız bir jurnalistin belə bir müraciəti yazdığı barədə məlumat var. Bundan başqa, «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin həyat yoldaşının da ölkə başçısının adına əfvlə bağlı ərizə yazdığı bildirilir. «Azadlıq» qəzetinin ehtimalına görə, R.Kəbirli özü bu ərizəni yazmaqdan imtina edib. «Bu qəzetin şöbə redaktoru Yaşar Ağazadə, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit, «Nota Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu da əfvlə bağlı müraciət yazmayacaqlarını bildiriblər. Həbsdə olan digər jurnalist Eynulla Fətullayevə isə ümumiyyətlə, belə bir təklif olunmadığı bildirilir», - deyə qəzetdə vurğulanır.


«Kəmaləddin Heydərovun adamları son vaxtlar «xod» gedirlər. Onlar həddindən artıq güclənib və varlanıblar. Davranışlarından görsənir ki, hakimiyyətdəki mövqeləri möhkəmlənib. Heç kəsdən çəkinmirlər. Üstəlik, açıqca deyirlər ki, Kəmalədin Heydərov Baş nazir olacaq». «Yeni Müsavat» qəzetindəki «Kəmaləddin Heydərov prezidentlik iddiasındadır» başlıqlı məqalədə belə yazılır.Qəzetin iddiasına görə, bu sözləri hakimiyyət dairələri ilə yaxın əlaqələri olan iş adamlarından biri deyib. Onun fikrincə, «fövqəlnazir» deputat Hüseyn Abdullayevin məsələsində öz gücünü göstərib və onun ətrafındakı adamların arxayın davranması üçün kifayət qədər əsaslar var. Mənbə qəzetə deyib: «Kəmaləddin Heydərov ona yaxın olan Hüseyn Abdullayevi güdaza vermədi. Heç onun türmədə əziyyət çəkməsinə də razı olmadı».


«Ayna» qəzetindəki «İstanbulda Qarabağ gərginliyi» başlıqlı məqalədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbul toplantısında prezident İlham Əliyevlə Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan arasında «söz atışması»nın yaşandığı bildirilir. Əliyevin Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalmasına imikan verilməyəcəyin vurğulaması Oskanyanın «Qarabağda yaşayanlar özlərini hökumətdən qorumaq zorunda qaldılar» cavabı ilə müşayiət olunub. Prezident toplantıya sədrlik edən türk həmkarı Əhməd Nejdət Sezərdən ikinci dəfə söz alaraq, «Xahiş edirəm, tarixin saxtalaşdırılmasına icazə verilməsin, gerçəkliklərə üz tutaq», - deyə bildirib.


XS
SM
MD
LG