Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:12

Monitorinq Komitəsində mətbuatın durumu müzakirə olunmadı


«Ümid edirik ki, bir aya, heç olmasa, sentyabra kimi bu sahədə vəziyyət dəyişə bilər»
«Ümid edirik ki, bir aya, heç olmasa, sentyabra kimi bu sahədə vəziyyət dəyişə bilər»

İyunun 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanda mətbuatın durumu müzakirə olunmayıb. Bu məsələnin müzakirəsi sentyabra saxlanıb.


Bu haqda «Azadlıq» radiosuna AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Cənab Herkel bunu Monitorinq Komitəsində Rusiya ilə bağlı müzakirələrin gərgin keçməsi ilə bağlayıb. Onun sözlərinə görə, sentyabradək gözləməyə qərar veriblər:


«Bu, heç bir şəkildə bizim Azərbaycanda azad sözün və siyasi məhbusların vəziyyəti ilə bağlı baxışımızı dəyişmir. Monitorinq Komitəsində məsələ qaldırmaq istəyirdik ki, Azərbaycandakı hadisələr bizi qane etmir. Amma ümid edirik ki, bir aya, heç olmasa, sentyabra kimi bu sahədə vəziyyət dəyişə bilər. Biz bunu gözləyirik, əks halda vəziyyət pisləşəcək».


Həmməruzəçi bildirib ki, belə olacağı halda onlar sentyabrda yazılı bəyanatla çıxış edəcəklər. «Azərbaycandakı vəziyyətlə bağlı qətnamə qəbul edilməsini tələb edəcəyik, necə ki, belə bir sənəd Rusiyadakı durumla bağlı qəbul olunub», - deyə o, bildirib.


XS
SM
MD
LG