Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

Göydələnlərdəki mənzillər 70 faiz bahalaşıb


Yeni tikilən binalarda 1 kvadrat metrin yuxarı satış həddi indi 6 000 dollardır
Yeni tikilən binalarda 1 kvadrat metrin yuxarı satış həddi indi 6 000 dollardır

Keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakıda yeni tikilən binalarda mənzillər təxminən 70 faiz bahalaşıb. Bunu «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının qonağı olan «Daşınmaz əmlak bazarı iştirakçıları» İctimai Birliyinin rəhbəri Nüsrət İbrahimli bildirib.


O, deyir ki, 1 il qabaq ilkin bazarda mənzilin 1 kvadratmetri üçün aşağı qiymət 350 dollar idisə, indi 570 dollardı. «O ki qaldı 1 il qabaq ilkin bazarda mənzillərin 1 kvadrat metrinin yuxarı satış həddinə o vaxt 2 200 dollar idisə, indi 6 000 dollardır».


Nüsrət İbrahimli bildirir ki, yeni tikilən binalarda mənzillərin bahalaşması əsasən yanacağın və başqa enerji daşıyıcılarının qiymətinin artması ilə bağlıdır. Bu da eyni zamanda əhalinin də alıcılıq qabiliyyətinin azalması ilə nəticələnib. Cənab İbrahimli bildirir ki, onda olan məlumata görə paytaxtdakı bəzi şirkətlər bu səbəbdən tikintini dayandıraraq «daha yaxşı dövrü» gözləyirlər.


Ekspert deyir ki, ipoteka kreditlərinin verilməsinin dayandırılması da daşınmaz əmlak bazarında alqış-satqının həcmini azaldıb. Fövqəladə Hallar Nazirliyinin paytaxtda yeni tikilən binaların keyfiyyət ilə bağlı tənqidi açıqlamaları da potensial alıcıların niyyətlərinə təsirsiz ötüşməyib.


XS
SM
MD
LG