Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

«Ziyalıların Dağlıq Qarabağ və Ermənistana səfəri xüsusi xarakterli səfər idi»


Bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağ və Ermənistana səfəri xüsusi xarakterli səfər idi. Bu qeyri-hökumət təşkilatlarının prosesdə iştirakına yol açılması kimi qəbul olunmamalıdır. Xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərlə söhbətində belə deyib.


«Ermənistanın Sankt-Peterburq danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən sonra bəlkə də bu Azərbaycan prezidentinin Ermənistan prezidentinə ziyalılar vasitəsilə prinsipial mövqeyini çatdırmaq üçün istifadə etdiyi kanaldır… Bu xüsusi xarakterli səfərdir. Azərbaycan prezidenti Ermənistan ziyalılarını qəbul edib prinsipial mövqelərini çatdırıb, bu da Ermənistan ictimaiyyətinə çatdırılmalıdır və yəqin ki, buna bir reaksiya olacaq. Bundan sonra prosesin gələcəyi olub-olmayacağına dair nəsə demək olar».


İyunun 28-də Azərbaycan və Ermənistan prezidentləri bir qrup ziyalını qəbul edib. Azərbaycanı ziyalıları ilk dəfə minalanmış ərazidən keçib Dağlıq Qarabağa, sonra isə Ermənistana gediblər.


Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona nə zaman səfər edəcəkləri, xarici işlər nazirləri və ya prezidentlərin yenidən nə zaman görüşəcəkləri haqda məlumat olmadığını da deyib. Onun sözlərinə görə, Sankt-Peterburq görüşündə Ermənistan problem yaradıb.


XS
SM
MD
LG