Avropa Şurasının AQO qrupu Bakıda rəsmi görüşlərə başlayıb. Qrup üzvlərini iyulun 5-də prezident İlham Əliyev qəbul edib.
AQO Azərbaycanın Avropa Şurası (AŞ) öhdəliklərinə necə əməl etməsinin monitorinqini aparır. Qrupun Bakıdakı görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olunacaq.
AŞ nümayəndələri müxalifətlə də görüşüb. AXCP sədri Əli Kərimli APA-ya bildirib ki, görüşdə mətbuatın və müxalifətin durumu, söz azadlığı, jurnalistlərin həbsi, Seçki Məcəlləsi, siyasi partiyalara qarşı məhdudiyyətlər, 2008-ci ildə keçiriləcək prezident seçkilərlə bağlı müzakirələr aparılıb. Görüşdə daha çox seçki komissiyalarının tərkibi, «Sərbəst toplaşma azadlığı» haqqında qanun və digər seçki islahatları ilə bağlı müzakirələr aparılıb.
İyulun 8-10-da isə AŞPA prezidenti Reno Van der Lenden Bakıya gələcək.