Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yaralı Əmirov hərbi xidmətə Kürdəmir rayon hərbi komissarlığından çağırılıb.
ANS PRESS bölgə müxbirinə istinadən bildirir ki, əsgər Füzuli rayonu istiqamətində baş verən atışmada xəsarət alıb. Yaxınlıqdakı hospitala çatdırılan əsgərin vəziyyəti ağırdır. O, qarın boşluğundan yaralanıb.