Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:07

«Gələcək döyüş sistemləri»nı sınaqdan keçirmək üçün model kimi Azərbaycan seçilib»


«Xəzər dənizi ssenarisi» Xəzər hövzəsində müharibə aparmaq üçün deyil»
«Xəzər dənizi ssenarisi» Xəzər hövzəsində müharibə aparmaq üçün deyil»

ABŞ-ın hərbi məsələlər üzrə ixtisaslaşmış «Danger Room» bloqu ABŞ ordusuna məxsus olduğu iddia edilən bir hərbi sənədi açıqlayıb . «Əməliyyat tələblərinə dair sənəd»də ABŞ-ın «Gələcək döyüş sistemləri»ndən bəhs olunur.


«Media forum» saytının məlumatına görə, «Danger Room» bloqu yazır ki, «Gələcək döyüş sistemləri»ni sınaqdan keçirmək üçün model kimi Azərbaycan ərazisi seçilib.


«Gələcək döyüş sistemləri» dedikdə, söhbət vahid kompyuter şəbəkəsi ilə əlaqəsi olan hərbi maşınlardan və yeni nəsil hərbi texnologiyalarından gedir. Yeni sistemin qiyməti təxminən 200 milyard dollardır.


Bloqda yazılana görə, «Əməliyyat tələblərinə dair sənəd»də «Gələcək döyüş sistemləri»ni virtual şəkildə sınaqdan keçirmək üçün «Xəzər dənizi ssenarisi» hazırlanıb.


Bloq bildirir ki, «Xəzər dənizi ssenarisi»nin varlığını ABŞ ordusunda hərbi məsləhətçi işləyən Klayd T.Uilsonun «Armor» maqazinində çıxan məqaləsi də təsdiqləyir. Məqalədə K.Uilson qeyd edib ki, «Xəzər dənizi ssenarisi» Xəzər hövzəsində müharibə aparmaq üçün deyil, sadəcə ABŞ-ın 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı həyata keçirdiyi taktikanı Xəzər zonasında modelləşdirməkdir.


Koreya müharibəsinə uyğun modelləşdirilmiş ssenari belədir: şərti olaraq «A» adlandırılan ölkə (Cənubi Koreya) «B» ölkəsinin (Şimali Koreya) hücumuna məruz qalıb. ABŞ «A»nın köməyinə gəlir. Hadisələrə üçüncü - «C» ölkəsi (Çin) də qarışmaq istəyir. Amma ABŞ «A»nın köməyinə çatıb, «B»nin hücumunun qarşısını alır və «C»nin müharibəyə qarışmasına imkan vermir.


Klayd T.Uilson «C» ölkəsi deyəndə Xəzər dənizi hövzəsində hansı dövlətin nəzərdə tutulduğunu açıqlamayıb.


Bloq qeyd edir ki, «Vaşinqton Post» qəzetinin əməkdaşı Arkin «Xəzər ssenarisi»ni İrana qarşı şimaldan həyata keçirilə biləcək hərbi əməliyyatların planı kimi dəyərləndirir.


«Media forum» saytının məlumatına görə, bloqun materialında «A» və «B» işərələri altında nəzərdə tutulan ölkələrin də əsl adları göstərilməyib. Ancaq belə başa düşülür ki, «A» deyəndə söhbət Azərbaycandan, «B» deyəndə isə İrandan gedir.


XS
SM
MD
LG