Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:17

Jurnalistlər polisi məhkəməyə verdi


İyunun 12-də bir qrup jurnalistin keçirdiyi aksiya polis tərəfindən dağıdılıb
İyunun 12-də bir qrup jurnalistin keçirdiyi aksiya polis tərəfindən dağıdılıb

Sərbəst toplaşmaq, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının, fikri ifadə etmək azadlığının pozulduğunu iddia edən bir qrup jurnalist Bakı Şəhər Səbail Rayon Polis İdarəsini məhkəməyə verib. Səbail Məhkəməsi iddianı təmin edərsə, sözügedən Polis İdarəsi iddiaçılara 10 min AZN ödəməli olacaq. Bu haqda Media Hüququ İnstitutu məlumat yayıb.


İddiaçılar – jurnalistlər Rauf Abbasov, Azər Abbasov, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Nəcizadə, Qənimət Zahidov, Şahvələd Namazov və Mehman Əliyev 12 iyun 2007-ci il tarixdə mediaya basqılara son qoyulması tələbilə keçirmək istədikləri piketə imkan verilməməsindən və dağıdılmasından narazı qalıblar.


Bu il iyunun 12-də bir qrup jurnalistin Sabir bağında keçirdiyi qeyri-qanuni aksiya polis tərəfindən dağıdılıb, dörd jurnalist bir neçə saatlığa saxlanıb və sonradan buraxılıb.


XS
SM
MD
LG