Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:08

İran MAQATE təftişlərinə qoyulan qadağanı ləğv edib


İran yenidən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinə özünün nüvə obyektlərinə baş çəkməyə icazə verib.


Bu haqda MAQATE rəhbərliyi xəbər verib. Müfəttişlər artıq bu ay ərzində Arak şəhərindəki nüvə obyektini yoxlamalıdırlar.


Yoxlamalara qadağa MAQATE rəhbərinin müavini Olli Heynonenin Tehranda apardığı danışıqlardan sonra qaldırılıb.


XS
SM
MD
LG