Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:16

Hakim Rafiq Əliyevin azadlığa buraxılması barədə vəsatəti təmin etmədi


İyulun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə «Azpetrol»un keçmiş rəhbəri Rafiq Əliyevin azadlığa buraxılması istənilib. Bu vəsatətlə çıxış edən R.Əliyevin vəkili Muxtar Mustafayev müdafiə etdiyi şəxs barədə irəli sürülən ittihamların əsassız olduğunu söyləyib. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də qardaşının həbsinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.


Dövlət ittihamçısı isə vəsatətin əleyhinə çıxış edib. Prosesə sədrlik edən hakim Tofiq Paşayev vəsatəti rədd edib.


Məhkəmə günün ikinci yarısında davam edəcək.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər.


XS
SM
MD
LG