Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:23

Türkiyədə seçicilərin görünməmiş fəallığı müşahidə olunub


Növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb Türkiyədə yaranmış siyasi böhran olub
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb Türkiyədə yaranmış siyasi böhran olub

İyunun 22-də Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir. «Azadlıq» radiosunun Türkiyədəki müxbiri Mais Əlizadə xəbər verir ki, seçicilərin fəallığı olduqca yüksəkdir. «Ekspertlər bu seçkiləri 1987-ci il seçkiləri ilə müqayisə edirlər. Həmin vaxt seçkidə elektoratın 93 faizindən çoxu iştirak edib».


Müşahidəçilərin fikrincə belə fəallıq dünyəvi dövlət modeli tərəfdarlarının hesabına mümkün olmuşdur.


Seçkilər normal şəraitdə keçirilir. Lakin, Diyarbəkirin bir qəsəbəsində qarşıdurma olub. Nəticədə 3 nəfər yaralanıb, bir nəfərin vəziyyəti ağırdır.


Baş nazir Rəcəb Tayib Ərdoğanın islamçı kökləri olan Ədalət və İnkişaf Partiyasının yenidən qalib gələcəyi gözlənilir.


Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası isə Ərdoğanı Türkiyənin dünyəvi dövlət quruluşuna təhlükə törətməkdə ittiham edir.


Seçkidə 14 partiyadan 700 namizəd iştirak edir. Parlamentə düşmək üçün partiya 10 faizlik səddi keçməlidir.


İlkin qeyri-rəsmi nəticələr Bakı vaxtı ilə axşam saat 11-ə bilinəcək.


Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb aprel-may aylarında yaranmış siyasi böhran olub. Həmin vaxt ölkənin konstitusiya məhkəməsi parlamentdə yetərsay olmadığından prezident seçkilərini etibarsız saymışdı.


Türkiyədəki parlament seçkilərini Azərbaycandan getmiş nümayəndə heyəti də müşahidə edir. Müşahidə qrupuna Milli Məclisin bir qrup deputatı- Rəfael Hüseynov, Gültəkin Hacıyeva və Qənirə Paşayeva daxildirlər.



XS
SM
MD
LG