ABŞ senatının Xarici İşlər Komitəsi Riçard Hoqlandın namizədliyini iki dəfə rədd edib. Hər iki halda Nyu-Cersidən olan senator Robert Menendez veto hüququndan istifadə edib. O deyib ki, «ermənilərin soyqırımını inkar edən adam ABŞ-ın Ermənistandakı maraqlarını qoruya bilməz».
Komissiyadakı dinləmələrdə Hoqland bildirib ki, 1915-ci il hadisələrini tanıyır, amma onları soyqırımı saymır. Mahiyyət etibarilə o, ABŞ administrasiyanın mövqeyini ifadə edib.
«Bu həqiqətən də yaxşı xəbərdir. Aydın idi, ki, Hoqlandın Ermənistanda səfir vəzifəsinə namizədliyi mübahisəlidir. Ümidvaram ki, növbəti namizədimiz bu problemə anlaşıqlı yanaşacaq. O, Ermənistandakı bizim dostlarla yaxşı münasibətlərə yardım edəcək – deyə senator Robert Menendez bildirib.