Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:00

Tanınmış şəxslər AIDS-dən analiz veriblər


«Turan»ın direktoru Mehman Əliyev AIDS-dən yoxlama kampaniyasında iştirak edir
«Turan»ın direktoru Mehman Əliyev AIDS-dən yoxlama kampaniyasında iştirak edir

Avqustun 10-da Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri HIV/AIDS-lə bağlı qan analizi veriblər.


Bu barədə «Azadlıq» radiosuna Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məlumat verib:


«Tanınmış ictimaiyyət nümayəndələri arasında da elələri var ki, HIV/AIDS-dən qan analizini anonim verməyə üstünlük verir, nəinki KİV nümayəndələrinin gözü qarşısında. Amma biz çoxlarını aksiyaya dəvət etmişik».


Z.Mustafayeva deyir ki, cəmiyyətin tanıdığı insanların bu aksiyada iştirakı əhalini AIDS-dən analiz verməyə həvəsləndirməkdən ötrüdür.


AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyir ki, əhalinin müraciət edəcəyi təqdirdə analizlərin götürülməsində heç bir problem yoxdur. HIV/AIDS-dən qan analizi vermək isə pulsuzdur.


Hazırda Azərbaycanda mindən çox virus daşıyıcısının olduğu bildirilir.


XS
SM
MD
LG