Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Bütün banklarda olan əmanətlər sığortalanacaq


Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov, 10 avqust 2007
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov, 10 avqust 2007

Avqustun 13-dən etibarən vətəndaşların Azərbaycanın bütün banklarında olan əmanətləri sığortalanacaq. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, sığorta olunduqda əmanətçi banka qoyduğu vəsaiti ala biləcək.


Əgər əmanətçinin 4 min manata qədər vəsaiti varsa, məbləğin 100 faizi sığorta olunur. Əmanətin məbləği 4 min manatdan çox olduğu halda da sığortanın məbləği dəyişmir. Gələn ildən isə 4 min manatdan yuxarı olan əmanətə görə sığorta məbləği 6 min, 2011-ci ildə isə 8 min manat olacaq. Sonrakı illərlə bağlı əmanətin sığorta ödənişinin məbləği müzakirə olunacaq.


Sığorta hadisəsinə bankın müflis olması, məhkəmə və ya Milli Bank tərəfindən fəaliyyətinin dayandırılması aiddir.


Sovet dövründən qalan əmanətlərin sığortası isə hələ ki, müzakirə mövzusu deyil: «Bu hələlik bizim səlahiyyətimizə aid deyil, hökumət həmin əmanətlərlə bağlı indeksləşdirmə aparandan sonra sığortalanmış sayılacaq».


Hər bank qoyulmuş əmanətlərin ümumi məbləğinin 0,6 faizini illik sığorta haqqı kimi Fonda ödəyəcək.


Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb.


XS
SM
MD
LG