Azərbaycanda fəaliyyət göstərən bəzi xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlarda çalışan və vergi ödəməyən yerli vətəndaşlar inzibati qaydada cəzalana bilər. Bu haqda Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib.
Onun sözlərinə görə, bəzi xarici ölkə səfirliklərində və beynəlxalq təşkilatlarda çalışan bir çox Azərbaycan vətəndaşları nə vergi, nə də sosial müdafiə haqları ödəyir: «Bu, həmin işçilərin marağına da uyğun deyil, sosial müdafiə haqqının ödənilməməsi onların təqaüddən məhrum olması deməkdir».
Vergilər Nazirliyinin vergi ödəməyənləri inzibati və cinayət məsuliyyətinə cəlb etmək səlahiyyəti olduğunu xatırladan Xəzər İbrahim deyir ki, onlar xarici qurumlara işçilərin vergi ödənişlərini aparması üçün müraciət ediblər.
KİV-in verdiyi xəbərə görə, Vergilər Nazirliyi ölkədə akkreditə olunmuş diplomatik missiyalarda işləyin Azərbaycan vətəndaşlarına vergi ödəməsinin zərurəti ilə bağla sonuncu xəbərdarlıq edib.