Polislər 53 mənzili axtarıblar, kompyuterlər və videofilmlər olan minlərlə disk müsadirə olunub.
Əməliyyat alman polisləri və «Interpol»la birlikdə həyata keçirilib.
Baş Polis Komendaturasının nümayəndəsi Zbiqnev Urbanski: «Alman həmkarlarımız bizə internet vasitəsilə uşaq pornoqrafiyası olan videomateriallar yükləyib, ölkəmizdə yayan polyaklar haqda məlumat veriblər».
Onun dediyinə görə, saxlananlar dindirilir, amma əməliyyat hələ başa çatmayıb. Polis hazırda pornoqrafik materialların kimə göndərildiyini yoxlayır. Yeni həbslərin olacağı istisna deyil.