Mahaçqalada dörd qadın artıq üçüncü həftədir ki, insan oğurluğu faktlarının araşdırılması tələbi ilə aclıq edirlər.
Aclığı 13 qadın başlayıb, sonradan onların çoxu sağlamlıq durumlarına görə aksiyanı dayandırıblar. Qadınlardan birində insult baş verib.
«Dağıstan anaları» hərəkatı iddia edir ki, respublika hökuməti yerli jurnalistlərə aclıq barədə xəbər verməyi qadağan edib.
Hüquq müdafiəçilərinin məlumatına əsasən, ilin əvvəlindən respublikada 20-dək adam izsiz yoxa çıxıb.