Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiyanın sədri Əli Əliyev avqustun 24-də nazirliyə gedərək dövlət qeydiyyatına alınma ilə bağlı şəhadətnaməni götürüb. Şəhadətnamədə VİP-in avqustun 8-nə qeydiyyata alındığı bildirilib.
AMİP-dən ayrıldıqdan sonra VİP 2006-cı ilin mayın 28-də təsis qurultayını keçirib və iyunun 14-də nazirliyə müraciət edib. Nazirlik qeydiyyatı ləngitdiyi üçün partiya məsələylə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi.