Rumıniya hökuməti ilin əvvəlindən «Drandulet kampaniyası» çərçivəsində vətəndaşlardan təqribən 14 500 köhnə minik avtomobili alıb. 1995-ci ilə qədər istehsal olunan hər köhnə avtomobilə görə hökumət onun sahibinə təxminən 1250 dollar ödəməyə hazırdır. Amma bu pullar yalnız ətraf mühiti az çirkləndirən yeni maşının alınmasına sərf oluna bilər.
2007-ci il yanvarın 1-dən Avropa Birliyinə daxil olan Rumıniyada istismarda olan minik avtomobillərin orta yaşı 13 il təşkil edir – bu, Avropa Birliyi ölkələri arasında ən yüksək göstəricidir.
Rumıniyanın Ətraf Mühiti Mühafizə Nazirliyinin məlumatına əsasən, ilin əvvəlindən kampaniya çərçivəsində alınan yeni minik avtomobilləri ölkə üzrə onların ümumi satış həcminin 10 faizini təşkil edib.