Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Müharibə başlanandan İraqda 200 jurnalist öldürülüb


ABŞ-ın hərbi əməliyyatlara başladığı 2003-cü ilin martından bu yana İraqda azı 200 jurnalist qətlə yetirilib.


«Sərhədsiz Reportyorlar» hüquq-müdafiə təşkilatının məlumatına əsasən, ölənlərin çoxu xarici kütləvi informasiya vasitələrinə işləyən iraqlılardır. Yalnız bu il 49 adam qətlə yetirilib.


Hüquq müdafiəçilərinin hesabatında həmçinin deyilir ki, jurnalistlər ən çox İraqda oğurlanır. Son 4 ildə 84 media mənsubu oğurlanıb, onların heç yarısı da azad edilməyib.


XS
SM
MD
LG