Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 09:07

Ağstafa bələdiyyəsinin sədri həbs edilib


Ağstafadakı maye qazdoldurma məntəqəsində partlayışa görə iki nəfər həbs olunub.


Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.


Məlumatda deyilir ki, avqustun 29-da Ağstafada qanunsuz işlədilən maye qazdoldurma məntəqəsində yanğın olub, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aldıqları xəsarətdən həmin gün bir, ertəsi gün iki nəfər vəfat edib.


Hadisə ilə bağlı cinayət işi başlayıb, iki nəfər - stansiyanın rəhbəri və Ağstafa bələdiyyəsinin sədri həbs olunublar.


XS
SM
MD
LG